31.05.2024
31.05.2024 cü il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib. Tədbirdə M.Hüseyn adına məktəb liseyin 5-ci sinif şagirdləri iştirak ediblər. İlk öncə muzeyin bələdçisi Arzu Alıyeva qeyd edib ki, Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.Ona görə də bu ,bizim müqəddəs borcumuzdur.Tədbirin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.